Yetimlerin Atasi İlahi Sözleri

Yetimlerin Atasi İlahi Sözü

Deyir ey vay atam ağlır,
Əli movla, Əli movla.
Deyir ey vay atam ağlır,
Əli movla, Əli movla.

Boyandı məsciddə qana,
O ki, şərafət idi insanə,
Yetimlər qalıblar göz yolda,
Yoxdu Əli, baxırlar hər yana,
Dilində zikri Rəbbənası.

Əlində kisəyi ğəzası,
Gecə yarı gəzərdi ev-ev,
Yetimlərin qərib atası,
Doyub cana, batıb qana.

Dəyibdi zərbə Qurana,
Yetimlər baş-başa vermiş,
Sızıldırlar yana yana,
Əli movla, Əli movla.

Fələk başa saldı qara,
Gəldi Əli əbada, baş yara,
Yanır Zeynəbilə Gülsumə,
Ürəklərin bu qəm edib para,
Dəyibdi bir birə fələklər.

Deyirlər va Əli Mələklər,
Ölür yetimlərin atası,
Dolubdu qussədən ürəklər,
Həsən ağlar, Huseyn ağlar.

Bu qəmdə Zeynəbeyn ağlar,
Batıblar şiələr yasa,
Tamami aləmeyn ağlar,
Əli movla, Əli movla.

Parçalanıb başında əmmamə,
Çatdı Əli işi day itmamə,
Edin əhli alemi agah,
Yarələnib Əli vəliyyullah,
Bu səs dolub ərşi bərinə.

Zərbə dəyib sutuni dinə,
Namazın üstə yara dəydi,
Əli, əmiri momininə,
Xanım xeyrunnisa ağlır.

Rəsuli Mustəfa ağlır,
Gözündə yaş ağa Məhdi,
Deyir ey vay atam ağlır,
Əli movla, Əli movla.